Xanımlar üçün iş imkanlarını genişləndirməliyik - Həsənquliyev

5 May 2022 15:52 (UTC+04:00)

“Bizdə çox zaman pensiya yaşını Avropa ölkələri ilə müqayisə edirlər. Amma nəzərə almaq lazımdır ki, orada ömür uzunluğu da yüksəkdir. Eyni zamanda bizdə minimum pensiyanın məbləği 240 manatdır. Mən hesab edirəm ki, bunu artırmaq lazımdır”.

Teleqraf.com xəbər verir ki, bunu parlamentin iclasında çıxışı zamanı deputat Qüdrət Həsənquliyev səsləndirib.

Deputat qeyd edib ki, Rusiyada 3 və daha çox uşağı olanlar çoxuşaqlı ailələr sayılır və belə ailələr 4 otaqlı mənzillə təmin olunurlar:

“Hesab edirəm ki, bizdə qadınların pensiya yaşı aşağı salınmalıdır ki, gənc xanımlar üçün də iş imkanları genişlənsin. Bizdə cəmi bir xanım icra başçısı var. Biz şərqdə ilk dəfə qadınlara səs vermək hüququ verən xalqıq. Məncə kvorum olmalıdır. Qadınlar cəmiyyətin bütün institutlarında işləməlidir. Çox yaxşı haldır ki, Azərbaycanda Birinci vitse-prezident, eləcə də Milli Məclisin sədri xanımdır. Hesab edirəm ki, biz bu sahəyə xüsusi diqqət ayırmalı, xanımlarımız üçün iş imkanlarını genişləndirməliyik”.