ATƏT-in müşahidəçiləri atəşə tutuldu

27 Noyabr 2014 02:49 (UTC+04:00)

ATƏT müşahidəçiləri noyabrin 26-da Ukraynanın şərqində atəşə tutulub. Hadisə Kirov və Şuma şəhərləri arasında baş verib.

Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, bu barədə təşkilatın saytında yerləşdirilən sutkalıq hesabatda bildirilir.

ATƏT-in Ukraynadakı missiyasından bildiriblər ki, insident nəticəsində ölən və yaralananlar yoxdur.

Nihad