Erməni qadınlar İrəvanda küçələri bağladı

7 May 2022 15:47 (UTC+04:00)

İrəvanda qadınların yürüşünün iştirakçıları Baqramyan prospektini bağlayıblar.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, daha sonra etirazçılar xalq rəqslərini ifa etməyə başlayıblar.

Bundan əvvəl İrəvanda qadınların yürüşünün iştirakçıları Dəmirçyan və Paronyan küçələrində avtomobillərin hərəkətini bağlayıblar.

Fransa meydanından yürüşə başlayan etirazçılar bir neçə gün əvvəl Nikola Paşinyanın kortejinin qurbanı olan Sona Mnatsakanyanın xatirəsini ehtiramla yad ediblər.

Erməni arvadlar eyni zamanda baş nazirin xanımı Anna Akopyanı da aşağılayıblar.