Ronaldo qızına bu adı qoydu

7 May 2022 21:54 (UTC+04:00)

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo və həyat yoldaşı Corcina Rodriges yeni doğulan qızlarına Bella Esmeralda adını veriblər.

Teleqraf.com xəbər verir ki, aprelin 18-də Kriştiano və Corcinanın qızı dünyaya gəlib. Cütlük əkiz uşaq gözləsə də, körpələrdən biri dünyasını dəyişib.