ABŞ səfirliyi Kiyevdə fəaliyyətini bərpa etdi

8 May 2022 22:12 (UTC+04:00)

ABŞ-ın Ukraynadakı səfirliyi Kiyevdə fəaliyyətini bərpa edib.

Teleqraf.com xəbər verir ki, bu barədə səfir Kristina Kvin Tvitterdə məlumat verib.

Qeyd edək ki, Ukraynada hərbi əməliyyatlar başlayanda bir çox diplomatik nümayəndəlik təhlükəsizlik məqsədi ilə Lvova köçürülmüşdü.