ABŞ naxçıvanlıya qarşı sanksiya tətbiq etdi

9 May 2022 00:42 (UTC+04:00)

Xəbər verildiyi kimi, ABŞ Rusiya və Belarusun 2,6 mindən çox vətəndaşını, Rusiya telekanallarını və bank işçilərini əhatə edən yeni sanksiyalar paketi tətbiq edib.

Teleqraf.com “İnterfaks”a istinadən xəbər verir ki, ABŞ-ın bloklayıcı sanksiyalarına məruz qalanlar arasında “Qazprom” PSC İdarə Heyətinin sədr müavini Famil Sadıqov da var. O, Naxçıvanda doğulub.