Ukrayna Xarkovda 4 yaşayış məntəqəsini azad etdi

10 May 2022 20:42 (UTC+04:00)

Ukrayna Silahlı Qüvvələri Xarkovda 4 yaşayış məntəqəsini azad edib.

Teleqraf.com xəbər verir ki, Xarkov vilayətindəki Çerkaski Tişki, Russkiye Tişki, Rubijne və Bayrak yaşayış məntəqələri azad edilib.

Həmçinin qeyd edilir ki, Xarkov vilayətində xeyli itki verdiyi üçün Rusiyanın 138-ci ayrı-ayrı mexanikləşdirilmiş briqadasının hissələri bərpa olunmaq üçün Belqorod vilayətinə çıxarılıb.