Putinin planı iki həftə gecikir - Pentaqondan şok iddia

11 May 2022 10:26 (UTC+04:00)

Rusiya qoşunlarının Donbasdakı hücumu plana uyğun getmir, Rusiya prezidenti Vladimir Putinin ümid etdiyindən ən azı iki həftə geri qalıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Pentaqonun rəsmi saytı məlumat yayıb.

“Hesablamalarımıza görə, Putin Donbasda və cənubda gözlədiyindən iki həftə və ya daha çox geridə qalıb”, - məlumatda deyilir.

Pentaqon hesab edir ki, döyüşlər Donbasda cəmləndikdən sonra Putin öz məqsədlərinə nail olmayıb.

“Hətta Mariupol hələ alınmayıb. Hələ də Mariupolu bombalayır, çünki metallurgiya zavodunda müqavimət davam edir. Yəni o, şəhəri tam götürməyib”, - Pentaqon qeyd edir.

Bundan əvvəl ABŞ Milli Kəşfiyyatının rəhbəri Evril Hayns bildirmişdi ki, Rusiya prezidenti Vladimir Putin hələ də müvəqqəti olaraq işğal olunmuş Donbas əraziləri ilə tanınmamış Dnestryanı arasında “quru körpüsü” yaratmağa çalışır. O qeyd etmişdi ki, Ukrayna ərazisində uzunmüddətli hərbi əməliyyatlara hazırlaşır.