Rus qadın Xankəndidə yoxa çıxdı – İki gündür tapılmır

12 May 2022 16:14 (UTC+04:00)

Mayın 10-da Xankəndində yaşayan Rusiya vətəndaşı Olqa Sanikova itkin düşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Sanikovanın Qarqarçay sahillərində yoxa çıxdığı bildirilib. Məlumata görə, iki gündür çay boyunca rus qadının axtarış işləri aparılır.

Axtarışlar hələ ki, nəticə verməyib.