Daha bir ölkədə rus oliqarxlarının mülkləri müsadirə edildi

13 May 2022 10:56 (UTC+04:00)

İspaniya hakimiyyəti Avropa İttifaqının (Aİ) sanksiya siyahısında olan 15 rus oliqarxına məxsus evlər, şirkətlər və ən azı bir dəbdəbəli yaxta da daxil olmaqla aktivlər müəyyən edib.

Teleqraf.com-un məlumatına görə, Notariatların Baş Şurasının çirkli pulların yuyulmasına qarşı mübarizə şöbəsinin rəhbəri Mariano Qarsia Fresno bildirib ki, onun ofisi fevralın 24-dən sonra oliqarxları üçün bəzi şirkətlərin səhmlərini qohumlarına və ya tərəfdaşlarına keçirməyə cəhd edərkən aşkar edib.

Onun sözlərinə görə, onlar artıq bu holdinqləri, xüsusən də İspaniya şirkətlərindəki, xarici şirkətlərdəki aktivləri və ya səhmlərini köçürməyə başlayıblar:

"Aİ-nin sanksiya siyahısından 15-ə yaxın adamın və onlara aidiyyatı olan daha 105 nəfərin və ya onların ailə üzvlərinin yeri müəyyən edilib. Siyahıda daha az tanınan, lakin bəziləri ən məşhur olanlar da var".

2004-cü ildən bəri İspaniya dövlət notariusları tərəfindən qeydə alınan milyonlarla əməliyyatlar arasında 1000-dən çox adı araşdıran Qarsia Fresnonun ofisi müəyyən edib ki, sanksiyalara məruz qalan oliqarxların ən azı 10-nun İspaniya və 13-nün xarici şirkətdə payları var.

Məlumat ölkənin maliyyə kəşfiyyatı bölməsinə və onun Maliyyə Nazirliyinə ötürülüb və aprelin sonunda hökumət sanksiyalar siyahısında olan 5 nəfərə aid 12 bank hesablarını, həmçinin üç lüks yaxta və 23 mülkü dondurduğunu təsdiqləyib.

Qarsia Fresnonun sözlərinə görə, rus oliqarxları ilə əlaqəli şirkətlər ölkədə 35-ə yaxın mülkə, o cümlədən bir neçə dəbdəbəli evə, həmçinin bank hesablarına və İspaniya və digər Avropa ölkələrində fəaliyyət göstərən şirkətlərdə paylara malikdir.