Füzulidə polis əməkdaşı özünü güllələdi

13 May 2022 14:26 (UTC+04:00)

Mayın 13-də Füzuli rayon polis şöbəsinin əməkdaşı İ.Qasımov yaşadığı Horadiz qəsəbəsindəki evdə ona təhkim olunmuş xidməti silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən ölüb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırmalar aparılır.