Arif Babayevin səhhəti necədir? - Oğlu danışdı

13 May 2022 20:27 (UTC+04:00)

83 yaşlı xalq artisti Arif Babayev ev şəraitində müalicəsinə davam edir.

Bu haqda Teleqraf.com-a xalq artistinin oğlu Yaşar Babayev məlumat verib.

"Şükür Allaha atamın səhhəti yaxşıdır, müalicəsi davam edir. İnşallah daha da yaxşı olar", - deyə bildirib.

Qeyd edək ki, Arif Babayev bir müddət əvvəl Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilmişdi.