Kuleba Ukrayna ordusunun zəif tərəflərini açıqladı

13 May 2022 19:13 (UTC+04:00)

"Qərb ölkələri Ukraynaya silah tədarükünün həcmini əhəmiyyətli dərəcədə artırıblar, lakin qalib gəlmək üçün tədarük daimi olmalıdır".

Teleqraf.com xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib.

Onun sözlərinə görə, Ukraynaya çoxlu raket buraxılış qurğuları və Hərbi Hava Qüvvələri üçün vasitələr verilməlidir: "Ukrayna getdikcə daha çox lazımi silahlar alır. Müharibədə qalib gəlmək üçün daha çox silah lazımdır. Müharibə davam etdikcə silahlar müntəzəm olaraq gəlməlidir. Ukrayna Rusiyanın öz ərazisindəki hücumunun qarşısını almaq üçün əldə etdiyi bütün vasitələrdən istifadə edir. Açıq və həll olunmamış ikinci mühüm məsələ hava qüvvələridir. Mən bu boşluğu dərhal aradan qaldırmaq imkanını görmürəm”.