Aİ-dən Ukraynaya 500 milyon avroluq hərbi yardımı

14 May 2022 08:05 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) gələn həftə Ukraynaya hərbi yardımın 500 milyon avro həcmində dördüncü tranşını təsdiqləmək niyyətindədir.

Teleqraf.com xəbər verir ki, Avropa İttifaqının müdafiə nazirləri Aİ-nin müxtəlif fəaliyyət istiqamətlərini müzakirə edəcəklər.

Qeyd edilir ki, görüşdə 27 üzv-ölkənin nazirləri ilə yanaşı, NATO-nun baş katibi Yens Stoltenberq və Ukraynanın müdafiə naziri Aleksiy Reznikov da iştirak edəcək.