Keçmiş millət vəkili tənqid etdi, aktrisa cavab verdi: "Dedim, içimdə qalmasın..."

14 May 2022 11:40 (UTC+04:00)

Türkiyənin məşhur aktrisası Melis Sezenin mükafatlandırma mərasimində geyindiyi dekolteli libası MHP-li keçmiş millət vəkili Ahmet Çakar tənqid edib və onun sözləri ictimaiyyətin böyük reaksiyasına səbəb olub.

Teleqraf.com xəbər verir ki, müzakirələrdən sonra 25 yaşlı aktrisa susqunluğunu pozub.

Melis Sezen sosial media hesabından dekolteli geyimi ilə fotosunu paylaşaraq tənqidlərə cavab verib: “Bu fotonu paylaşmamışdım, içimdə qalmışdı. Qalmasın... Biz qadınlar çox güclüyük və hər zaman hər yerdə böyük nailiyyətlər əldə etməyə, par-par parlamağa davam edəcəyik. Ruhumuzun istədiyi kimi. Bu işığın hər kəsin qəlbini doldurması və aydınlatması diləyi ilə...”