Ermənilər Yuxarı Şorcadan Kəlbəcəri atəşə tutdular

14 May 2022 15:36 (UTC+04:00)

Mayın 14-ü saat 11:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə atəşə tutub.

Bu barədə Teleqraf.com-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb", - qurumdan bildirilib