Məşhur cütlük Latviyaya köçür? Alla Puqaçovanın nəvəsi danışdı

15 May 2022 08:03 (UTC+04:00)

“Alla Puqaçova və Maksim Qalkin Latviyaya köçmək fikrində deyillər. İnternetdə yazılanlar həqiqəti əks etdirmir".

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, bu sözləri rusiyalı musiqiçi, Alla Puqaçovanın nəvəsi Nikita Presnyakov deyib.

Məşhur cütlüyün Qryaz kəndində olan mülklərini də satışa çıxarmadıqlarını bildirən Nikata “Onlar həmin mülkdən imtina etmək fikrində deyillər”, - deyə əlavə bildirib.