Bakıda şadlıq sarayında yanğın oldu

14 May 2022 22:56 (UTC+04:00)

Bakıda şadlıq sarayında yanğın olub.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadla xəbər verir ki, Sabunçu rayonunda ümumi sahəsi 2400 m² (hər mərtəbəsi 600 m²) olan dördmərtəbəli şadlıq sarayının dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb.

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Şadlıq sarayının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.