Baxçalı Əliyevə “Qarabağ Fatehi” yazılı tapança hədiyyə etdi - Foto

14 May 2022 22:40 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə mayın 14-də qardaş ölkəyə işgüzar səfərə gələn Prezident İlham Əliyev Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, Baxçalı Prezident İlham Əliyevə ulu öndər Heydər Əliyevlə görüşlərini əks etdirən fotoları və üzərində “Qarabağ Fatehi” yazısı olan tapança hədiyyə edib.