“Busıness branding network” keçirildi - Foto

15 May 2022 14:43 (UTC+04:00)

“Uğurlu Addım” Akademiyası və “Simurq by Maryam” brendlərinin təşkilatçılığı ilə “Busıness branding network” keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirin keçirilməsində məqsəd psixoloqların, layf koçların peşəsini, sahibkarların, menecerlərin markalarının təbliğinə və təkliflərini həm ölkədə, həm də dünyada tanıtmaqdır.

"Uğurlu Addım” Akademiyası və “Simurq by Maryam”ın yaradıcısı və rəhbəri Məryəm Teymur açıqlamasında bildirib ki, hər kəs özlüyündə brenddir və bu tədbiri keçirməklə həmin brendləri ictimaiyyətə tanıtmaq istəyir:

"Amerika, Türkiyə, Avropa və Azərbaycanda 20 illik fəaliyyət təcrübəm var. Təcrübə enerjidir. Enerji mənim daxili gücümdür. O daxili gücü mən hər işdə istifadə edərək həqiqətən özüm gördüyüm fəaliyyətə, sahib olduğum bir brendə keçirmək istədim. Buna görə də bu günkü layihəmiz "Branding network" adlanır.

Branding insanın özünün brend olmasıdır. Bu gün mən Azərbaycan xanımı olaraq dünyaya brend olmağımı göstərmək istəyirəm. Eləcə də mənim kimi Azərbaycanımızda, güclü mehriban dövlətimizdə hər kəs daxili güc potensialına sahibdir. Hər kəs ayrı brenddir. Bütün kainatın bir parçası olduğumuzu unutmayaq. Dəstək olaraq bunu yaşadaq və yaşıyaq".

Netvorkda psixologiyanın inkişafı, netvork, layf koçların yaradıcı imkanları, enerjinin şəfalı gücü mövzularda çıxışlar baş tutub. 23 komandadan ibarət netvorkda sahibkarların, markaların və brendlərin özünü təqdimi üçün imkan yaradılıb.