Suriyada təhlükəli terrorçu zərərsizləşdirildi

15 May 2022 15:39 (UTC+04:00)

Türkiyə xüsusi xidmət orqanlarının Suriyanın şimalında keçirdiyi əməliyyat nəticəsində “Xayri” ləqəbli PKK terrorçusu Ekrem Üstək zərərsizləşdirilib.

Teleqraf.com xəbər verir ki, cinayətkar Ayn əl-Ərəb bölgəsində gizləndiyi yerdə aşkarlanıb.

Üstək Türkiyə polisinin ölümünə səbəb olan hücumlarda iştirak edib.

O, 90-cı illərdə PKK-nın cinayətkar fəaliyyətlərində, xüsusilə adam oğurluğu, partlayıcı qurğu və sursatların tədarükü, adam öldürməyə cəhd, oğurluq və azyaşlıların terrorçulara verilməsində iştirak etdiyinə görə uzun illər həbsdə yatıb.