Pakistanda hərbi maşın karvanı partladıldı - Ölənlər var

15 May 2022 19:12 (UTC+04:00)

Pakistanın Hayber Paxtunxva əyalətində hərbi maşın karvanına hücum olub. Nəticədə 6 nəfər həlak olub.

Teleqraf.com xəbər verir ki, kamikadze Şimali Vəziristan rayonunun inzibati mərkəzi sayılan Miranşah şəhərində hərbi karvanın yaxınlığında özünü partladıb.

Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.