Xarkovda metro yenidən işə salınır

15 May 2022 19:49 (UTC+04:00)

Xarkov metrosu fəaliyyətini bərpa etməyə hazırlaşır. Metrodan sığınacaq kimi istifadə edən insanlar evlərinə köçürüləcək.

Teleqraf.com xəbər verir ki, bunu şəhərin meri İqor Terekhov bildirib.

Merin sözlərinə görə, açılış yaxın bir neçə həftə ərzində mümkündür.

“Biz metronun rəhbərliyi ilə danışdıq. Hesab edirəm ki, bir həftə sonra metro hərəkətə başlayacaq!” – deyə Terekhov deyir.