Ukrayna Xarkovda dövlət sərhədini nəzarətə aldı

15 May 2022 21:58 (UTC+04:00)

Ukrayna ordusu Xarkovun şimal-şərqində Rusiya ilə sərhədə yaxınlaşıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəhbərinin müşaviri Vadim Denisenko bildirb.

Onun sözlərinə görə, ruslar üç körpünü dağıdıb ki, bu da əks-hücumu ləngidir.

Rus hərbçilər İzyum istiqamətində cəmləşiblər. Onlar Slavyanska və Kramatorska yaşayış məntəqələrinə hücum etməyə hazırlaşırlar.