Əlcəzair Prezidenti Türkiyəyə səfər etdi

15 May 2022 22:39 (UTC+04:00)

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya səfər edib.

Teleqraf.com xəbər verir ki, səfər mayın 17-dək davam edəcək. Səfər çərçivəsində sabah Ankarada Ərdoğan və Tebbunun sədrliyi ilə Türkiyə-Əlcəzair Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının ilk iclası keçiriləcək.

Türkiyənin Vitse-prezidenti Fuat Oktay və Tebbun çərşənbə axşamı İstanbulda keçiriləcək Türkiyə-Əlcəzair İş və İnvestisiya Forumuna sədrlik edəcəklər.