ABŞ-da kilsədə atışma - ölən və yaralananlar var

16 May 2022 08:05 (UTC+04:00)

ABŞ-ın Kaliforniya ştatında atışma olub.

Teleqraf.com xəbər verir ki, Orinj qraflığındakı Laquna-Vuds şəhərində kilsədə baş verən atışma nəticəsində bir nəfər ölüb, beş nəfər yaralanıb.

Hadisə ilə bağlı bir nəfər saxlanılıb, ondan atışmada istifadə oluna biləcək silah götürülüb.