Cənubi Koreyada helikopter qəzası

16 May 2022 08:45 (UTC+04:00)

Koreya Respublikasının cənubundakı Könsan-Namdo əyalətinin Geoje şəhəri yaxınlığında göyərtəsində üç nəfərin olduğu helikopter qəzaya uğrayıb.

Teleqraf.com xəbər verir ki, hadisə Bakı vaxtı ilə təxminən saat 04:00-da baş verib.

Məlumata əsasən, "Sikorsky S-61N" helikopteri dağlardan birinin zirvəsinə tikinti materialları daşıyırmış. Helikopterdə olan üç nəfər ağır yaralansa da, sağ qalıb.

Təcili yardım xidmətləri zərərçəkənlərə bütün lazımi yardımı göstərməyə çalışır.