Bakıdan Naxçıvana uçan təyyarə geri qayıtdı

16 May 2022 09:28 (UTC+04:00)

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan beynəlxalq hava limanındakı tufanla əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıtmağa qərar verib.

Teleqraf.com xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Bildirilib ki, təyyarə saat 08:37-də Bakı hava limanında eniş edib.

Sərnişinlər hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.