Putinin planı baş tutmadı, NATO daha da gücləndi - ABŞ dövlət katibi

16 May 2022 10:40 (UTC+04:00)

Vladimir Putin Ukraynanı məhv etmək istəyirdi, ancaq onun suverenliyini gücləndirdi.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken bildirib.

O qeyd edib ki, Rusiya lideri Vladimir Putin Ukraynanı məhv etmək və NATO-nu parçalamaq istəyib, ancaq onun suverenliyini gücləndirib və Alyans indi həmişəkindən daha güclüdür.

“Prezident Putin Ukraynanı müstəqil ölkə kimi məhv edə və NATO-nu parçalaya biləcəyini düşünərək bu qəddar və səbəbsiz müharibəyə başladı. Əvəzində yalnız Ukraynanın suverenliyini və müstəqilliyini gücləndirdi. Bunun sayəsində artıq NATO həmişəkindən daha güclüdür və birləşib. Bilirik ki, Ukraynanı dəstəkləməklə biz həm də qlobal sülh və təhlükəsizliyin təməli olan suverenlik, müstəqillik prinsiplərini müdafiə edirik”, - Blinken qeyd edib.