Azərbaycan "Avroviziya"da iştirak etməsə... - Faiq Ağayevdən mövqe/Video

16 May 2022 20:38 (UTC+04:00)

"Avroviziya-2022" beynəlxalq mahnı müsabiqəsinin milli münsif heyətinin sədri, xalq artisti Faiq Ağayev açıqlama verib.

Teleqraf.com-un xəbərinə görə, Faiq Ağayev sosial şəbəkə istifadəçisinin Türkiyənin "Avroviziya" beynəlxalq mahnı müsabiqəsində iştirak etməməsi haqda "Ən yaxşısını Türkiyə edir" şərhinə cavab verib.



Faiq Ağayev bildirib: "Onsuz da Türkiyə ifaçıları Avropa musiqi və əyləncə sektoru üçün digər vasitələrdən də asanlıqla istifadə edə bilir. Azərbaycan artistlərinin dünyaya açılması üçün imkanlar yaradacaq bu məcazi "qapının" bağlanması "Avroviziya"ya yox, özümüzə zərbə olacaq".

Qeyd edək ki, "Avroviziya-2022" beynəlxalq mahnı müsabiqəsinin milli münsif heyətinin sədri, xalq artisti Faiq Ağayev, üzvləri isə xalq artisti Fidan Hacıyeva, bəstəkar Ülviyyə Bəbirli, əməkdar artist Bəhruz Vaqifoğlu, modelyer-dizayner Gülnarə Xəlilovadır.