Rus ordusuna sarsıdıcı zərbə - “190 minlik ordunun üçdə biri...”

16 May 2022 21:14 (UTC+04:00)

Rusiya və Ukrayna arasındakı müharibə təkcə iki ölkədə deyil, bütün dünyada ciddi problemlərə səbəb olub.

Teleqraf.com xəbər verir ki, təchizat zəncirindəki qırılmalar, xüsusən də iqtisadi problemlər bir sıra ölkələri çətin vəziyyətə salıb.

Müharibənin nə vaxt bitəcəyi suala cavab axtarılarkən, İngiltərə Müdafiə Nazirliyindən müharibə ilə bağlı ilginc açıqlama gəlib.

MN-ın kəşfiyyat məlumatlarına əsaslanan açıqlamasında Rusiyanın Ukraynada hərbi baxımdan böyük itki verdiyi bildirilib. Açıqlamada Putinin Ukraynadakı ordusunun üçdə birinin məhv edildiyi deyilib.

Məlumatda həmçinin qeyd olunub ki, Rusiyanın Ukraynanın şərqində - Donbas bölgəsində davam edən hücumları qrafikdən geri qalır.

“Rusiya son bir ayda kiçik uğurlar istisna olmaqla, böyük və önəmli müvəfəqiyyət əldə etməyib. Rusiya fevral ayında cəbhəyə göndərdiyi hərbçilərini itirib”, - məlumatda bildirilib.

Putinin “xüsusi hərbi əməliyyat” adlandırdığı işğal prosesi zamanı Rusiyanın cəbhəyə 150-190 minlik hərbi qüvvə göndərdiyi təxmin edilir.