Son sutkada vaksinasiya prosesi qeydə alınmadı

16 May 2022 17:55 (UTC+04:00)

Azərbaycanda son sutkada heç kim koronavirus əleyhinə vaksinasiya olunmayıb.

Bu barədə Teleqraf.com-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Qeyd edək ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 687 648 təşkil edir.

Belə ki, birinci doza peyvəndlərin ümumi sayı 5 343 839, ikinci doza vaksinlərin sayı 4 844 047 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 256 620, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 243 142 olub.