Azərbaycanın münsif heyətindən uzaqlaşdırılmasına aydınlıq gətirildi

16 May 2022 19:04 (UTC+04:00)

“Avroviziya”da Azərbaycan nümayəndə heyətinin rəhbəri İsa Məlikov Avropa Yayım Birliyinin (AYB) Azərbaycan münsif heyətinin müsabiqədən uzaqlaşdırılması məsələsinə aydınlıq gətirib.

Teleqraf.com xəbər verir ki, İsa Məlikov AYB-nin Azərbaycan və digər 5 ölkənin münsif heyətinin müsabiqədən uzaqlaşdırılması məsələsinin rəsmi olmadığını deyib:

“İstinad olunan saytlar AYB və ona yaxın saytlardır. Bu barədə AYB ümumi açıqlama verməyib, yəni kənarlaşdırılan ölkələrin adını çəkməyib”.