Fransanın yeni Baş nazirin adı açıqlandı

16 May 2022 21:43 (UTC+04:00)

Fransanın əmək naziri Elizabet Born Fransanın Baş nazir postuna təyin edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb.

“Prezident Emmanuel Makron Elizabet Bornu Baş nazir təyin edib və ona yeni hökuməti qurmağı tapşırıb”, - kommünikedə deyilir.

Born, 2020-ci ilin iyul ayından Nazirlər Kabinetinə rəhbərlik edən və bazar ertəsi Fransa prezidenti Emmanuel Makronla görüş zamanı istefa verən Jan Kastesi əvəz edir. O, Fransa tarixində Baş nazir təyin edilən ikinci qadın oldu.