Rəşad Dağlının qardaşı onun müdafiəsinə qalxdı

17 May 2022 11:25 (UTC+04:00)

Tanınmış meyxanaçı Rəşad Dağlının üzr videosundan sonra qardaşı Ağa Əmirov da məsələyə münasibət bildirib.

Ağa Əmirov Teleqraf.com-a açıqlamasında qardaşını müdafiə edib: "Qardaşım video müraciətində bütün baş verənlərə aydınlıq gətirib, üzr istəyib. Məsələnin böyüməsini və şişirdilməsini istəmirik".

Qeyd edək ki, Rəşad Dağlı video müraciətində meyxananın bədahətən olduğu üçün dindarlara qarşı yanlışlığa yol verdiyini deyib: “Masallıda toyların birində meyxanaçı Rəhmanla deyişməmiz olub. Əvvəlki toyların birində Rəhman mənə bir bənd meyxana demişdi, bu toyda da onu xatırlatdı. Mən də ona cavab vermişəm. Sözün bədahətən olmasına görə fikrimi düzgün çatdıra bilməmişəm. Bu da dindarlar arasında haqlı olaraq narazılığa səbəb olub".