"Gizirlərin zabit vəzifələrinə hazırlığı kursu" keçirilir - Foto

17 May 2022 12:13 (UTC+04:00)

Azərbaycan Ordusunun birləşmə və hissələrində nümunəvi xidməti ilə fərqlənən bir qrup hərbi qulluqçu "Gizirlərin zabit vəzifələrinə hazırlığı kursu"nun qəbul imtahanlarına cəlb olunub.

Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Fiziki hazırlıq və nəzəri sınaq imtahanlarında yüksək nəticələr əldə edən namizədlər kursa qəbul olunacaqlar.

Kursu müvəffəqiyyətlə başa vuranlara "kiçik leytenant" hərbi rütbəsi verilməklə ixtisaslarına uyğun zabit vəzifələrində xidmətlərini davam etdirəcəklər.