Rasim Balayevlə bağlı bu tarixdə səsvermə olacaq

17 May 2022 13:25 (UTC+04:00)

Mərhum Rüstəm İbrahimbəyovun vəfatından sonra Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin sədrliyinə namizəd göstərilən xalq artisti Rasim Balayevlə bağlı səsvermə tarixi müəyyənləşib.

Rasim Balayev Teleqraf.com-a açıqlamasında səsvermənin mayın 31-də baş tutacağını bildirib.

"İdarə heyətinin ümumi iclası namizədliyimi təklif edib. Səsvermə mayın 31-də olacaq. 23 il ittifaqın katibi işləmişəm. Bu gün oraya sükut çöküb, əlaqələr qırılıb. Buna pandemiya da təsir etdi. Səsvermədən sonra nə edəcəyimizi düşünəcəyəm", - o qeyd edib.