İƏT PA-ya sədrlik Pakistandan Azərbaycana keçdi

17 May 2022 15:22 (UTC+04:00)

“Azərbaycan parlamenti təşkilata sədrliyi dövründə öz səylərini göstərəcək. İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına (İƏT PA) sədrlik Pakistandan Azərbaycana keçib”.

Teleqraf.com xəbər verir ki, bunu Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında Milli Məclisin sədri Sahibə Qafarova deyib.