İrəvanda etirazlar davam edir

17 May 2022 20:40 (UTC+04:00)

İrəvanın mərkəzində, Fransa meydanında müxalifət tərəfdarlarının etiraz aksiyası başlayıb.

Teleqraf.com xəbər verir ki, aksiyada 1 000-dən çox insan iştirak edir.

Təşkilatçılar xüsusi quraşdırılmış böyük ekranda toplaşanlara etirazçıların polis tərəfindən saxlanmasının görüntülərini nümayiş etdirirlər. Dünəndən elan olunan etiraz aksiyası hələlik dinc məcrada keçir.

Qeyd edək ki, bu gün səhər İrəvan polisinin mətbuat xidməti baş nazir Nikol Paşinyanın istefası tələbi ilə şəhərin bəzi küçələrini bağlayan 286 müxalifət fəalının həbs edildiyini açıqlamışdı.