Xarkov uğrunda döyüş – Rus ordusu irəliləməyə başladı

18 May 2022 10:09 (UTC+04:00)

Rusiya qoşunları Xarkov vilayətinin Dovgenke bölgəsində reaktiv və artilleriya bölmələri yerləşdirərək, irəliləməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Rus ordusu Slavyan istiqamətində Dovgenke kəndinə hücum edir. Müəyyən ərazilərdə hücumu dəstəkləmək üçün reaktiv və artilleriya bölmələri yerləşdirilib”, - məlumatda deyilib.

Baş Qərargah onu da qeyd edib ki, maddi-texniki təminat və itki verən rus qüvvələri Rusiya ərazisindən silah və hərbi texnika daşımağa başlayıb.

Rus qüvvələrinin əsas diqqəti əvvəllər işğal edilmiş ərazilərin qorunub saxlanmasına, kəşfiyyatın aparılmasına, ehtiyatların artırılmasına, taktiki mövqeyini təkmilləşdirməyə yönəlib.