Rusiya nümayəndə heyəti Türkiyədə: Gündəmdə...

18 May 2022 13:04 (UTC+04:00)

Rusiya Baş nazirinin müavini Aleksandr Novakın rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyəti bu gün Türkiyəyə gəlib.

Teleqraf.com xəbər verir ki, bir sıra idarələrdə iqtisadi məsələlərlə bağlı müşavirələrin keçirilməsi gündəmdədir.

Nümayəndə heyətinin tərkibindəki iş adamları Türkiyənin investisiya imkanlarını, eləcə də kommersiya yüklərinin daşınması ilə bağlı yaranan nasazlıqları qiymətləndirəcəklər.

Məlumata görə, 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi nəticəsində Türkiyə ilə Rusiya arasında ticarət dövriyyəsi azaldığı halda, ötən il ümumi məbləğ 33 milyard 25 milyon dollar olub.

İki ölkənin nümayəndə heyəti türk şirkətlərinin Rusiya bazarına cəlb edilməsinə yönəlmiş addımları müzakirə edəcəklər.

Aİ-nin Rusiyaya qarşı sanksiyaları nəticəsində bir sıra Avropa şirkətləri Rusiya bazarını tərk edib. Bu aydan etibarən Rusiya Aİ və ya Afrikadan heç bir məhsul ala bilməyəcək.

Qeyd edək ki, bundan əvvəl Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı zamanı Rəcəb Tayyib Ərdoğan Vladimir Putini yüksək səviyyəli biznes forumda iştirak etmək üçün Türkiyəyə dəvət edib.