“Azovstal”da təslim olanların sayı 959-a yüksəldi

18 May 2022 13:47 (UTC+04:00)

Son sutka ərzində Mariupoldakı “Azovstal” kombinatında bloklanmış Ukrayna hərbçilərindən 694-ü təslim olub. Mayın 16-dan bəri ümumilikdə 959 hərbçi təslim olub, onlardan 80-i yaralıdır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

“Mariupoldakı “Azovstal” zavodunda bloklanmış “Azov” birləşməsinin hərbçiləri və digər ukraynalı hərbçilər təslim olmağa davam ediblər”, - o deyib.

Təslim olanlardan 51 nəfər “DXR”in nəzarət etdiyi Novoazovsk şəhərindəki xəstəxanaya yerləşdirilib.

Mayın 17-də Rusiya Müdafiə Nazirliyi Mariupoldakı “Azovstal” zavodunda qalan 265 hərbçinin, o cümlədən 51-i ağır yaralının silahı yerə qoyaraq bir gündə təslim olduğunu bildirib.