Şəkidə dələduzluq edən keçmiş məhkum tutuldu

18 May 2022 13:20 (UTC+04:00)

Şəkidə dələduzluq faktı qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, Şəki şəhər-rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 12-də rayon sakinləri Ə.Məmmədovun 10.000 manat, X.Qasımlının 8.000 manat və A.Babayevin 4.100 manat pulunu dələduzluq yolu ilə talamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş R.Məmmədov saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.