Britaniyanın baş diplomatından sərt sözlər – “Putin və bu şəxslər...”

18 May 2022 18:29 (UTC+04:00)

Böyük Britaniya Ukraynada törətdiyi hərbi cinayətlərə görə Prezident Vladimir Putin və Rusiyanın digər rəhbər şəxslərinin real olaraq cəzalandırılmasının zəruriliyinə inanır.

Teleqraf.com xəbər verir ki, bunu Britaniya Xarici işlər naziri Liz Trass deyib.

“Putin və Ukraynada törədilmiş dəhşətli hərbi cinayətlərin arxasında duran bütün şəxslər məsuliyyətə cəlb edilməlidir. Hazırda bununla bağlı Beynəlxalq Cinayətlər Məhkəməsi ilə çox sıx əməkdaşlıq edirik”, - xanım nazir bildirib.

O əlavə edib ki, Britaniya cinayətlərin sübutu və şahid ifadələrinin toplanmasına kömək etmək üçün Ukraynaya mütəxəssislər göndərib.

“Ukrayna hökuməti ilə tribunal ideyası ilə bağlı danışdım. Tribunal ideyasına açığıq, indi bunu nəzərdən keçiririk. Britaniya bunu dəstəkləyir”, - Trass əlavə edib.

Qeyd edək ki, Beynəlxalq Cinayətlər Məhkəməsinin 42 müstəntiqi Rusiya hərbçiləri tərəfindən törədilən hərbi cinayətləri araşdırmaq üçün Ukraynaya gələcək.