Rusiyada hərbi komissarlıq yandırıldı

18 May 2022 21:25 (UTC+04:00)

Rusiya ətrafında yerləşən Şçelkovo hərbi komissarlığında yanğın baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə sosial şəbəkələrin Rusiya seqmentində məlumat yayılıb. Bildirilir ki, binaya “Molotov kokteyli” atılıb.

"Yanğın hadisə yerinə gələn yanğınsöndürənlər tərəfindən söndürülüb. Tələfat yoxdur".

Qeyd edək ki, ötən gün Rusiyada daha bir hərbi komissarlıq yandırılmışdı.

Naməlum şəxs komissarlığın binasına iki ədəd “Molotov kokteyli” atıb, nəticədə arxiv sənədlər yanıb.