Pakistanlı milyarder Ukraynaya iki qırıcı bağışladı

18 May 2022 20:36 (UTC+04:00)

Pakistan əsilli milyarder Məhəmməd Zahur Ukrayna Hərbi hava qüvvələri üçün iki qırıcı alıb.

Teleqraf.com bu barədə milyarderin ukraynalı xanımı, müğənni Kamaliya Zahor məlumat verib.

Məhəmməd Zahurun özü bu barədə açıqlama verməyib. O, müharibənin ilk günlərindən Ukraynaya dəstək olaraq müxtəlif tədbirlər həyata keçirib.