"Rəisim" mahnısını oxuyan müğənnidən açıqlama - Video

19 May 2022 00:13 (UTC+04:00)

"İfa etdiyim "Rəisim" mahnısı hansısa polis rəisinə deyil, bütün polislərimizə həsr olunub".

Teleqraf.com xəbər verir ki, bunu son günlər sosial şəbəkələrdə istehza obyektinə çevirilmiş "Rəisim" mahnısının ifaçısı Mujgan Ayxan bildirib.

Onun sözlərinə görə, mahnı konkret insana həsr olunmayıb: "Hüquq-mühafizə orqanlarında çalışan bütün rəislərə ithaf olunmuş bir mahnıdır".