Blinkenlə Çavuşoğlunun görüşündə Ermənistan müzakirə edildi - Yeniləndi

18 May 2022 23:37 (UTC+04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ-ın Dövlət katibi Entoni Blinken arasındakı görüş zamanı ikitərəfli münasibətlər, Rusiya- Ukrayna müharibəsi, Canubi Qafqazda vəziyyət və Ermənistanla normallaşma prosesini müzakirə edilibb.

22:54

ABŞ dövlət katibi Antoni Blinken və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında görüş başlayıb.

Teleqraf.com xəbər verir ki, görüşün əsas mövzuları Türkiyənin Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı mövqeyi, eləcə də Ankaraya mümkün F-16 qırıcıları tədarükü olacaq.

Çavuşoğlu görüşdən əvvəl bildirib ki, Türkiyə NATO-nun "açıq qapı" siyasətini hər zaman dəstəkləyir. Bununla belə, nazir ölkəsinin Finlandiya və İsveçin alyansa üzvlüyü ilə bağlı narahatlığının olduğunu bildirib.