Rəşad Dağlı təhdid əsasında üzr istəyib? - Video

19 May 2022 11:18 (UTC+04:00)

Meyxanaçı Rəşad Dağlı qalmaqallı meyxanasına görə təhdid əsasında üzr istəməsi haqqında yayılan iddiaları təkzib edib.

Teleqraf.com xəbər verir ki, Rəşad Dağlı İnstaqramda video paylaşaraq üzr videosunu təhdid əsasında yaymadığını deyib: "Məlum hadisə ilə əlaqədar açıqlama vermişdim. Meyxana meydanında baş verən bir uğursuz qafiyə nəticəsində söz-söhbət yaranmışdı. Bəzi insanlarda həmin video görüntüdən belə təsəvvür yaranıb ki, mən hansısa bir idarədə hədə-qorxu, təhdid altında açıqlama vermişəm.

Demək isrəyirəm ki, əsla elə deyil. Təhlükəsizliyin təmin olunduğu elə bir ölkənin vətəndaşıyam ki, məni heç kim heç nəyə məcbur edə bilməz. Sadəcə, könüllü, ürəyim istəyib açıqlama vermişəm ki, ortada olan narazılıq aradan qaldırılsın. Bu qədər..."

Qeyd edək ki, Rəşad Dağlı deyişmə zamanı "Xomeyni çöküb qalıb, Behcəti naqruskadadı" kimi ifadələr işlədib.

View this post on Instagram