Azərbaycanın təklif etdiyi şərtlərdə qəbuledilməz heç nə yoxdur - Mirzoyan

19 May 2022 10:57 (UTC+04:00)

“Azərbaycanın təklif etdiyi bəndlərdə Ermənistan tərəfi üçün qəbuledilməz heç nə yoxdur, lakin bu məqamlar gözlənilən mümkün sülh sazişinin bütün gündəliyinə, mövcud problemlərin bütün spektrinə təsir göstərmir”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan deyib.

O əlavə edib ki, Ermənistan sülh prosesi ilə bağlı baxışını təqdim edib:

“Biz əvvəldən dedik ki, Azərbaycanın təklif etdiyi məqamlarda Ermənistan tərəfi üçün qəbuledilməz heç nə yoxdur, lakin bu məqamlar gözlənilən sülh sazişinin bütün mümkün gündəliyinə, mövcud problemlərin spektrinə təsir göstərmir. Bu baxımdan Qarabağda hüquq və təhlükəsizlik, eləcə də status məsələsini müzakirə etmək bizim üçün vacibdir”.

“Biz hesab edirik ki, ATƏT-in Minsk qrupunun həmsədrliyinin mandatı çərçivəsində sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi vacibdir. Amma bilirsiniz ki, bu danışıqların mümkün olması üçün səylər göstərilir. Ona görə də mən yalnız bizim hazırlığımızı, regionumuzda sülh və sabitliyə sadiqliyimizi vurğulaya bilərəm”, - Mirzoyan bildirib.